Böyük Britaniyada məhkəmələrdə ağıllı eynəklər qadağan edilib


ABŞ-ın "Meta" korporasiyasının istehsalı olan ağıllı eynəklərin İngiltərə və Uels məhkəmələrində taxılması qadağan olunub.

AFN.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Vahid Məhkəmə Xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Məhkəmə və tribunal binalarında foto və videoçəkilişlərlə bağlı aydın məhdudiyyətlər mövcuddur, buna görə də "Meta" eynəklərindən istifadə qadağandır", – deyə o bildirib. Nəşrin mənbəsi qeyd edib ki, eynəklər gələnlərdən girişdə alınacaq.

"Meta" nümayəndəsi öz növbəsində vurğulayıb ki, eynəklər işıqdiod indikatorla təchiz olunub və bu indikator çəkiliş aparıldığı barədə ətrafdakıları məlumatlandırmaq üçün foto və videoçəkiliş zamanı yanıb-sönür.

Keçən həftə "The Guardian" Böyük Britaniyadakı restoranların, pabların və teatrların şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqlara görə ziyarətçilərə ağıllı eynəklərdən istifadəni qadağan etməyə başladıqlarını bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu