Uşaqlıq dostları DNT testi ilə bacı olduqlarını öyrəndilər



Körpə ikən Hindistandakı uşaq evlərinə buraxılan və daha sonra Niderlandda fərqli himayədar ailələr tərəfindən övladlığa götürülən Meena Geltink (43) və Minal Tijssen (44) illər sonra bioloji bacı olduqlarını öyrəniblər.

AFN.az xəbər verir ki, bir-birindən xəbərsiz şəkildə Niderlandda təxminən 160 kilometr məsafədə yerləşən fərqli şəhərlərdə böyüyən iki qadın ilk dəfə 1996-cı ildə övladlığa götürülmüş uşaqlar üçün təşkil edilən tədbirdə qarşılaşıb.

Aralarındakı fiziki oxşarlıq və güclü bağ səbəbindən dostlaşan Meena və Minal məktublarında zarafatla bir-birlərinə “bacı” deyə müraciət ediblər. Lakin zaman keçdikcə bir-birlərinin izini itirib 15 il ərzində görüşə bilməyiblər.

Aprel ayında aparılan DNT testinin nəticələrində 100 faiz uyğunluq müəyyən edilməsi ilə iki dostun doğma bacı olduğu dəqiqləşib.

Fransada yaşayan Minal Tijssen telefonuna gələn bildirişdə “Bacı” ifadəsini gördükdə böyük təəccüb yaşadığını və sosial media vasitəsilə fotolara baxarkən bu şəxsin illər əvvəlki uşaqlıq dostu Meena olduğunu anladığını bildirib.

Görüşlə bağlı hisslərini bölüşən Meena Geltink qəlbindəki çatışmayan parçanın tamamlandığını bildirərək, “Səni görəndə özümü evimdəki kimi hiss edirəm” deyib.

Doğum haqqında məlumat əldə edə bildikləri hər hansı qeydiyyat sənədi olmayan iki bacı həqiqəti öyrəndikləri gündən etibarən hər gün əlaqə saxladıqlarını bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu