Cənubi Koreya lideri Şimali Koreya ilə gərginliyə son qoymaq istədiyini bildirib
Cənubi Koreya Prezidenti Li Jae Myung Şimali Koreya ilə gərginliyə son qoymaq və Pxenyan rəhbərliyinin nüvə proqramının inkişafını dayandırmağın praktiki yollarını müzakirə etmək üçün danışıqlara başlamaq istədiyini bildirib.
AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Li Cənubi Koreyanın 1910-1945-ci illər arasında Yaponiyanın müstəmləkə idarəçiliyindən azad olmasının 81-ci ildönümü münasibətilə keçirilən anım mərasimində çıxış edib.
Li “Bir-birimizi təhdid etmək niyyətimizi bir kənara qoyaq və birbaşa aidiyyəti tərəflər olaraq uzun müddətdir davam edən müharibəyə son qoymaq üçün danışıqlara başlayaq. Bu prosesdə Şimalın nüvə imkanlarının inkişafını dayandırmağın effektiv yollarını da müzakirə edə bilərik” ifadələrini işlədib.
Gərginliyə son qoymaq və qeyri-sabit atəşkəs sistemini sülh rejimi ilə əvəz etmək üçün çalışacağını bildirən Li Koreya yarımadasında sülhün Şimal-Şərqi Asiyada sabitlik və əməkdaşlığın inkişafına, eləcə də nüvə silahlarından azad dünyaya töhfə verməyə kömək edə biləcəyini vurğulayıb.

