Polis axtarışda olan şəxsi Bakıda saxladı - Türkiyəyə təhvil verildi



Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Azərbaycan Polisi ilə əməkdaşlıq çərçivəsində aparılan birgə işlər nəticəsində beynəlxalq əhəmiyyətli əməliyyat keçirilib. 

AFN.az xəbər verir ki, əməliyyat çərçivəsində yeni nəsil cinayət təşkilatı ilə əlaqəli olaraq axtarışda olan Ö.A.K. Bakıda yaxalanaraq Türkiyəyə gətirilib.

Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi  və Azərbaycan Polisi ilə əməkdaşlıq çərçivəsində aparılan birgə işlər nəticəsində beynəlxalq əhəmiyyətli əməliyyat keçirildiyini açıqlayıb. Əməliyyat çərçivəsində yeni nəsil cinayət təşkilatı ilə əlaqəli olaraq axtarışda olan Ö.A.K.-nın Bakıda yaxalanaraq Türkiyəyə gətirildiyi bildirilib.

Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasında “Yeni nəsil cinayət təşkilatları ilə mübarizəmizi qətiyyətlə davam etdiririk.

Təhlükəsizlik Baş İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Prokurorluqların koordinasiyası, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Azərbaycan Polisi ilə əməkdaşlıq çərçivəsində aparılan birgə işlər nəticəsində beynəlxalq əhəmiyyətli əməliyyat keçirilib.

Aparılan işlər zamanı iş yerlərinin güllələnməsi və iş adamlarından hədə-qorxu yolu ilə pul tələb etməklə qarətə cəhd hadisələrində iştirak edən, bu cinayətlərə görə hazırda həbsdə olan yeni nəsil cinayət təşkilatı üzvləri ilə əlaqəli Ö.A.K. adlı şəxsin izinə düşülüb.

Barəsində qəsdən adam öldürmə, istifadə etmək məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və istifadə etmək, habelə iki ayrı-ayrı lisenziyasız odlu silah və onların güllələrini almaq və ya daşımaq cinayətləri üzrə axtarış qərarı olan Ö.A.K. adlı şəxs Bakıda yaxalanaraq ölkəmizə gətirilib.

Mütəşəkkil cinayət təşkilatları və şəhər quldurları ilə mübarizəmizi həm sərhədlərimiz daxilində, həm də sərhədlərimizdən kənarda qətiyyətlə davam etdiririk.

Qəhrəman polislərimizi, Təhlükəsizlik Baş İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, İstanbul Polis İdarəsi və əməyi keçən hər kəsi təbrik edirik.

Azərbaycan Polisinə təşəkkür edirik” ifadələri qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu