Almaniyada mühərriki dayanan kiçik təyyarə təcili eniş zamanı bir neçə dəfə aşıb
Almaniyanın Bavariya əyalətinin Oberallqoy bölgəsində uçuş zamanı mühərriki dayanan kiçik təyyarənin təcili eniş zamanı bir neçə dəfə aşdığı bildirilib.
AFN.az xəbər verir ki, polis açıqlamasına görə, pilot Oberallqoy bölgəsinə bağlı Valtenhofen ərazisində mühərriki qəfil dayanan təyyarəni tarlaya endirməyə çalışıb.
Bu zaman eniş şassisi qırılan və burnu torpağa batan təyyarə bir neçə dəfə aşıb və tərsinə çevrilib.
Ağır zədələnən təyyarədən öz imkanları ilə çıxan pilot ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.
Çox yüngül hava nəqliyyatı (ultralight) sinfinə aid olan təyyarə daha sonra tarladan hissələrə ayrılmış vəziyyətdə götürülüb.
Qəzanın səbəbi ilə bağlı araşdırma başladılıb.

