Frankfurt hava limanında işləyən 2 nəfər malyariyadan ölüb



Almaniyada Frankfurt hava limanında işləyən 2 nəfərin malyariya səbəbilə həyatını itirdiyi bildirilib.

AFN.az xəbər verir ki, Alman Xəbər Agentliyinin (DPA) Frankfurt Səhiyyə İdarəsinə istinadən yaydığı məlumatda Frankfurt hava limanında çalışan 6 nəfərin malyariyaya yoluxduğu bildirilib.

Bu şəxslərin malyariyanın “Malaria tropica” adlanan ən təhlükəli növünə yoluxduğu qeyd edilən xəbərdə, əməkdaşlardan birinin iyul ayında həyatını itirdiyi, lakin ölüm səbəbinin daha sonra müəyyən edildiyi, ikinci əməkdaşın isə avqust ayında vəfat etdiyi bildirilib.

Xəstəliyə yoluxan digər 4 nəfərin səhhətinin yaxşı olduğu bildirilib. Məlumata görə, səlahiyyətli qurumlar xəstəliyin malyariyanın yayıldığı bir bölgədən böyük ehtimalla təyyarə ilə Almaniyaya gələn ağcaqanadlar vasitəsilə ötürülmüş ola biləcəyini düşünür.

Hava limanında ağcaqanad tələlərinin qurulduğu bildirilib və tutulan ağcaqanadların laboratoriyada araşdırıldığı vurğulanıb.

Frankfurt Səhiyyə İdarəsinin rəhbəri Peter Tinnemann xəstəliyin insandan insana yayılma ehtimalının olmadığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu