Aİ Kiyev üçün istifadə müddəti bitmək üzrə olan HHM raketləri axtarır
Avropa İttifaqı Kiyev üçün istifadə müddəti başa çatmaqda olan HHM sistemləri raketlərini intensiv şəkildə axtarır.
AFN.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ müdafiə nazirlərinin İrlandiyanın "Drui Qlen" kurortunda keçirilən qeyri-rəsmi görüşünə gələrkən bəyan edib.
"Ukraynanın əsas problemi HHM üçün raketlərdir. Bilirik ki, bəzi Aİ ölkələrində hələ də saxlama müddəti tezliklə bitəcək bu tür raketlər var. Buna görə də həmin raketləri Ukraynaya versələr, çox yaxşı olardı", - deyə Kallas bildirib. O əlavə edib: "Biz həmçinin Aİ-dən kənar ölkələri də axtarırıq ki, onlar öz HHM raketlərini Ukraynaya təhvil verə bilsinlər, lakin bu, əlbəttə ki, çox çətindir".
Problem ondadır ki, Aİ-nin tez bir zamanda böyük həcmdə yeni HHM raketləri istehsal etmək imkanı yoxdur. Bu səbəbdən Brüssel silahlanmasında hələ də bəzi HHM raket ehtiyatları qalan Yunanıstan və İspaniyadan onları təcili olaraq Ukraynaya təhvil verməyi tələb edir. Brüssel bunu həmin raketlərin köhnə olması və yaxın bir neçə il ərzində zatən utilizasiya edilməli olacağı ilə əsaslandırır.
Bununla belə, Kallas görüşün "qeyri-rəsmi xarakter daşıdığını", bu səbəbdən Kiyevin onun yekunlarına əsasən dərhal konkret nəticələr gözləməməli olduğunu etiraf edib.
