Polşa: NATO nüvə başlıqlarını yeni yerə köçürmür


NATO "Nuclear Sharing" (Nüvə mübadiləsi) proqramı çərçivəsində nüvə döyüş başlıqlarının hazırda yerləşdirildiyi ölkələrin hüdudlarından kənarda yerləşdirilməsini müzakirə etmir.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Polşa  müdafiə nazirinin müavini Pavel Zalevski bəyan edib.

"Bu gün NATO-nun gündəliyində nüvə döyüş başlıqlarının artıq yerləşdirildiyi yerlərdən kənarda yerləşdirilməsi mövzusu yoxdur", - deyə Zalevski "RMF FM" radiostansiyasının efirində bildirib.

Bununla yanaşı, o, Varşavanın NATO-nun nüvə çəkindirmə konsepsiyasında iştirak etmək istədiyini və bu məsələnin gündəlikdə olduğunu dəqiqləşdirib.

"İlk dəfədir ki, NATO ölkələrinin Polşanı nüvə silahının daşınması/köçürülməsi proqramına daxil etmək istəyinə nail ola bilmişik. Bu, çox ciddi proqramdır", - deyə Zalevski qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu