Sözlərlə düşünməyən yeni süni intellekt modeli hazırlanıb – daha ucuz başa gəlir
Pathway şirkəti düşünmə prosesi zamanı hər addımı sözlərə çevirmək əvəzinə hesablamaları daxili şəkildə həyata keçirən yeni süni intellekt modeli hazırlayıb.
AFN.az xəbər verir ki, BDH-CQ-nun oxşar performans göstərən OpenAI modellərindən 11 dəfə daha ucuz işlədiyi bildirilir.
ChatGPT, Gemini və Claude kimi süni intellekt modelləri mürəkkəb problemləri həll edərkən addım-addım mühakimə yürüdür. Bu prosesdə yaradılan hər bir aralıq mətn daha çox token, hesablama gücü və xərc deməkdir.
Pathway tərəfindən hazırlanmış BDH-CQ isə düşünmə prosesini mətnə çevirmək əvəzinə yüksək ölçülü iş sahəsində hesablamalar aparır və yalnız yekun cavabı təqdim edir.
Model süni intellektin idrak qabiliyyətlərini ölçən ARC-AGI-1 testində tapmacaların təxminən 30 faizini iki və ya daha az cəhddə həll edə bilib.
Bu nəticə bir çox qabaqcıl modeldən geri qalsa da, Pathway BDH-CQ-nun hər tapşırıq üzrə xərclərinin 1 sentin onda birindən də aşağı olduğunu bildirir.
Tədqiqatçılar OpenAI-ın GPT 5.6 Luna modeli ilə oxşar nəticə göstərən BDH-CQ-nun 11 dəfə daha aşağı xərclə işlədiyini deyirlər.
BDH-CQ cəmi 150 milyon parametrdən ibarətdir. Pathway gələcəkdə modeli 600 milyard parametrə çatdırmağı və daha əhatəli sınaqlara cəlb etməyi planlaşdırır.
Şirkət texnologiyanın xüsusilə kibertəhlükəsizlik kimi mürəkkəb mühakimə tələb edən sahələrdə istifadə oluna biləcəyini düşünür.
