Çexiya Almaniyadakı insident səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirəcək


Çexiya hakimiyyəti qonşu dövlətlərdə, o cümlədən Almaniyada baş verən insidentlərlə bağlı konkret təhlükəsizlik tədbirləri həyata keçirəcək.

AFN.az xəbər verir ki, bu barədə yerli TK informasiya agentliyi respublikanın daxili işlər naziri Lubomir Metnara istinadən məlumat yayıb.

"Biz vəziyyətin inkişafına konkret tədbirlər görməklə reaksiya veririk. Lakin təhlükəsizlik mülahizələrinə görə bu tədbirlərin təfərrüatlarını açıqlamaq mümkün deyil", - deyə agentlik nazirin sözlərindən sitat gətirib.

Məlumata görə, Çexiya DİN-i respublikadakı təhlükəsizlik vəziyyətini sabit kimi qiymətləndirir.

Bununla belə, "Pravo" qəzetinin verdiyi xəbərə görə, Çexiyanın hava limanlarında və dəmir yolu vağzallarında təhlükəsizlik tədbirləri artıq gücləndirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu