"Şəki Yaylası"nda heç bir sənəd imzalatdırmırlar: jurnalist+VİDEO


"Şəki Yaylası"ndakı o kanatdan mən də istifadə etmişəm. AZTV-nin əməkdaşı düz demir, orada heç kimə sığortaya, təhlükəsizlik qaydalarına dair sənəd imzalatmırlar.

AFN.az xəbər verir ki, bunu jurnalist Nicat Dağlar deyib. O bildirib ki, sözügedən əyləncə növündən istifadə etmək üçün sadəcə pul ödəmək kifayətdir:

"Aşağıda pul yığırlar vəssalam. Tros qırılmasa oradan düşmək mümkün deyil".

Qeyd edək ki, "Şəki yaylası" istirahət mərkəzində sentyabrın 8-də iki nəfər həlak olub. Hadisəyə səbəb kanatın trosunun qırılması göstərilir. Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi üzrə cinayət işi açıldığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu