Təmizlik zamanı tapdığı qurabiyə qutusundan sərvət çıxdı



İngiltərədə ərinin vəfatından sonra evini boşaldan qadın köhnə qurabiyə qutusunda 113 min funt sterlinqdən çox dəyərində qızıl sikkələr tapıb.

AFN.az xəbər verir ki, qadının mərhum ərinin 1970-ci illərdəki iqtisadi durğunluq dövründə qızıl topladığı və bu sərmayə barədə heç kimə məlumat vermədiyi məlum olub.

Təxminən 50 il ərzində saxlanılan qutudan 41 Cənubi Afrika qızıl Krügerandı21 qızıl suveren sikkə çıxıb.

Hərracda Krügerand sikkələri 100 min funt sterlinqə, Britaniya suverenləri isə 13 min funt sterlinqə satılıb.

Penzans şəhərində fəaliyyət göstərən “Lay's Auctioneers” hərrac evinin hərracçısı Devid Ley bildirib ki, qadının evində əşyaları araşdırarkən emalatxanada olduqca ağır bir qurabiyə qutusu diqqətini çəkib.

Qutunu araşdıran ekspertlər gümüş sikkələrin altında xüsusi qablaşdırmada saxlanılan və orijinal qəbzləri ilə birlikdə qorunan qızılları aşkar ediblər.

Sərmayəçinin 1975-ci ildə hər bir sikkə üçün 70-80 funt sterlinq ödədiyi bildirilib. Həmin dövrdə yüksək inflyasiya və birja ilə bağlı narahatlıqlar səbəbindən onun qızılı təhlükəsiz yatırım vasitəsi kimi seçdiyi qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu