FTB: Rusiya ABŞ və Avropadakı Ukrayna müttəfiqlərini hədəfə almağı planlaşdırır
ABŞ federal rəsmiləri Rusiyanın kəşfiyyat xidmətlərinin ABŞ və Ukraynanı dəstəkləyən Avropa ölkələrində məqsədli sui-qəsdlər həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
AFN.az xəbər verir ki, Manhetten federal məhkəməsində açıqlanan ittiham aktında kəşfiyyat şəbəkəsinin ABŞ-də və digər ölkələrdə şəxsləri izləmək və öldürmək üçün insanlara pul ödədiyi və ya ödəməyə çalışdığı bildirilib.
İttiham aktında şəbəkə tərəfindən işə götürülən şəxslərin Ukraynapərəst hesab edilən Avropa ölkələrində mülki və hərbi infrastruktura qarşı terror aktları həyata keçirmək üçün də tapşırıqlar aldığı qeyd olunub.
FTB-nin Nyu-York bürosunun rəhbəri Ceyms Barnakl Jr. Rusiya kəşfiyyat xidmətlərinin və onların tərəfdaşlarının ABŞ ərazisində və dünyanın müxtəlif yerlərində insanları təhdid etmək və ya öldürmək məqsədilə sui-qəsd planları qurduğunu bildirib.
Rəsmilər şəbəkənin əvvəllər əsasən Rusiya müxalifət nümayəndələrinə və sığınacaq axtaran şəxslərə fokuslandığını, lakin son dövrdə Ukraynanın müttəfiqi hesab edilən ölkələri hədəfə almağa başladığını bildiriblər.
İttiham aktında bu ilin yayında ABŞ-də yaşayan bir şəxsin tanınmış rusiyalı müxalifət nümayəndəsini izləmək və öldürmək üçün işə götürülməyə çalışıldığı qeyd olunub. Lakin həmin şəxsin qətl təklifini rədd etdiyi bildirilib.

