Kosmosda müharibə təhlükəsi: Rusiyadan ABŞ-yə sərt reaksiya



ABŞ-nin orbitdə silahlı sistemlərə malik olduğunu rəsmən açıqlaması Moskvanın sərt reaksiyasına səbəb olub.

AFN.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtonu kosmosda silahlı toqquşmaların dağıdıcı nəticələrini nəzərə almamaqda və qlobal təhlükəsizliyi təhlükə altına atmaqda ittiham edib.

Zaxarova ABŞ-nin eqoist maraqlar naminə bəşəriyyətin gələcəyini riskə atdığını bildirib. O, kosmosda silahların tamamilə qadağan edilməsi ilə bağlı BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim edəcəklərini açıqlayıb.

ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink daha əvvəl verdiyi açıqlamada ABŞ qüvvələrini düşmən hərəkətlərindən qorumaq məqsədilə orbitə kosmosa nəzarət silahları yerləşdirdiklərini təsdiqləyib.

Ekspertlər bu sistemlərin düşmən peyklərinin rabitəsini kəsməyə yönəlmiş radioelektron müdaxilə vasitələri, elektron müharibə platformaları və ya peykləri hədəfə alan ovçu sistemlər ola biləcəyini bildirirlər.

Hərbi analitiklər bu addımın qəfil dəyişiklikdən daha çox, orbitdə hərbi məqsədlər üçün texnologiyalarını inkişaf etdirən Çinə yönəlmiş aydın siyasi mesaj olduğunu qeyd edirlər.

Digər tərəfdən, Rusiya və Çinin də uzun müddətdir kosmosda peykə qarşı ovçu sistemlər, yaxın məsafədə manevr imkanları və peyk əleyhinə texnologiyalar üzərində sınaqlar keçirdiyi məlumdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu