Meksika Senatı 139 ABŞ hərbçisinin təlim üçün ölkəyə girişinə icazə verib



Meksika Senatı Prezident Klaudiya Şeynbaumun müraciəti əsasında 139 ABŞ hərbçisinin təlim məqsədilə ölkəyə girişinə icazə verib.

AFN.az xəbər verir ki, “El Pais” qəzetinin məlumatına görə, Şeynbaumun tələbi ilə təqdim olunan müraciət Senatda 75 səslə qəbul edilib.

Bu çərçivədə 139 ABŞ hərbçisinin sentyabrın 20-30-da Meksikanın Çiuaua ştatındakı Santa Gertrudis Hərbi Bazasında təlimlərdə iştirak etməsi planlaşdırılır.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Meksikaya gedəcək hərbçilərə silahlarını da özləri ilə aparmağa icazə verilib.

Çiuauada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) əməkdaşlarının olması ilə bağlı siyasi və diplomatik müzakirələrdən sonra ABŞ hərbçilərinin Meksikaya göndərilməsi Meksika-ABŞ münasibətlərində təhlükəsizlik əməkdaşlığı və müdaxilə narahatlıqlarının eyni vaxtda gündəmdə olduğu dövrə təsadüf edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu