Afrika gözləniləndən daha sürətlə parçalanır: Yeni okean yaranacaq



Geoloqlar Afrika qitəsinin gözləniləndən xeyli qısa müddətdə ikiyə bölünəcəyini və yeni okeanın yaranacağını açıqlayıblar. Aktiv qırılma xəttinin kritik həddə çatdığı və geoloji zaman miqyasına görə yaxın gələcəkdə qitənin ayrılacağı bildirilir.

AFN.az xəbər verir ki, Kolumbiya Universitetindən geoloq Kristian Rouan sözügedən bölgədəki qırılmanın gözləniləndən daha irəliləmiş mərhələdə olduğunu və yer qabığının düşünüldüyündən xeyli nazikləşdiyini bildirib.

Şərqi Afrika Qırılma Sistemi çərçivəsində nəhəng Nubiya plitəsi ilə şərq sahilini əhatə edən Somali plitəsi bir-birindən ayrılır. Keniya və Efiopiya boyunca uzanan Turkana Qırılma Bölgəsini araşdıran alimlər qırılmanın mərkəzində yer qabığının qalınlığının cəmi 13 kilometrə qədər azaldığını müəyyən ediblər.

Yer qabığının 15 kilometrdən aşağı düşməsi kontinental parçalanmanın qaçılmaz hala gəldiyi təslimolma mərhələsinə daxil olunduğunu göstərir.

Bir neçə milyon il ərzində tamamlanması gözlənilən bu prosesdən sonra Hind okeanından gələn suların bölgəyə dolması ilə yeni okean dibi yaranacaq.

Nature Communications jurnalında dərc olunan araşdırmanın bölgədəki geoloji dəyişikliklər ilə fosillərin qorunması arasındakı əlaqəni daha ətraflı araşdıracağı bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu