Rusiya Yaponiyadan ABŞ-a məxsus raket sistemlərini ərazisindən çıxarmasını tələb edib



Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyadan ABŞ-a məxsus “Tayfon” raket sistemlərini ərazisindən çıxarmasını tələb etdiklərini bildirib.

AFN.az xəbər verir ki, Zaxarova açıqlamasında ABŞ-a məxsus “Tayfon” raket sistemlərinin Yaponiyanın Kyuşu adasında yerləşdirildiyini qeyd edib.

Bu məsələ ilə bağlı sentyabrın 3-də Yaponiyanın Moskva səfirliyinə etiraz notası təqdim etdiklərini bildirən Zaxarova bunun Rusiyanın milli təhlükəsizliyi və regional təhlükəsizlik üçün təhdid yaratdığını deyib.

Zaxarova bunları qeyd edib:

“Yaponiyaya bu sistemlərin hər hansı səbəbdən, müddətindən asılı olmayaraq, ərazisində yerləşdirilməsinin qəbuledilməz olduğu bildirildi. Yaponiya tərəfdən bu cür hərəkətlərə son qoyması və sözügedən sistemləri ərazisindən çıxarması tələb edildi. Bununla yanaşı, Yaponiya rəhbərliyinin Cənubi Kuril adaları ilə bağlı ərazi məsələsi də daxil olmaqla, İkinci Dünya müharibəsinin nəticələrini qəbul etməsi və yenidən silahlanma siyasətindən imtina etməli olduğu vurğulandı”.

Zaxarova Çinin də buna bənzər notanı Yaponiyaya təqdim etdiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu