Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə sülh müqaviləsi üzrə dialoqa başlamaq şərtini açıqlayıb
Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi ilə bağlı dialoqun bərpası yalnız Tokio düşmənçilik kursundan əl çəkdikdən sonra mümkündür.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Danışıqlar olmadan heç bir saziş bağlana bilməz. Rusiya tərəfinin əvvəllər dəfələrlə qeyd etdiyi kimi, Yaponiya ilə tamhüquqlu dövlətlərarası dialoqun bərpası o halda mümkündür ki, rəsmi Tokio ölkəmizə və onun vətəndaşlarına zərər vurmağa yönəlmiş düşmənçilik kursundan əl çəksin”, – diplomatın nazirliyin saytında dərc olunmuş şərhində deyilir.
Zaxarova qeyd edib ki, Rusiya və Konstitusiya nöqteyi-nəzərindən Yaponiya ilə ərazi probleminin yeganə mümkün həlli mövcud sərhədin beynəlxalq səviyyədə tanınmasıdır. Hər hansı digər seçimlər qəbuledilməzdir.