İran ABŞ-a şərtlərini çatdırdı



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkəsinin Nyu-Yorkda Qətər vasitəçiliyi ilə ABŞ-la əlaqə saxladığını və bu təmas zamanı İranın şərtlərinin qarşı tərəfə çatdırıldığını bildirib.

AFN.az xəbər verir ki, Bəqai BMT Baş Assambleyasının 81-ci sessiyası üçün Nyu-Yorkda olan İran və ABŞ nümayəndə heyətləri arasındakı təmasla bağlı açıqlama verib.

Onun sözlərinə görə, təmas Qətərli vasitəçinin iştirakı ilə baş tutub və məqsəd İranın şərtlərini ABŞ tərəfinə çatdırmaq olub. Bu şərtlər arasında müharibənin bütün cəbhələrdə başa çatdırılması, ABŞ-ın təcavüzkar fəaliyyətlərinin, dəniz blokadasının və iqtisadi müharibənin dayandırılması, həmçinin İran aktivlərinin azad edilməsi yer alıb.

ABŞ Prezidenti Donald Tramp isə ABŞ rəsmilərinin həmin gün Nyu-Yorkda İran nümayəndə heyətinin təmsilçiləri ilə təxminən üç saat davam edən görüş keçirdiyini və danışıqların çox yaxşı keçdiyini bildirib.

İran dövlət televiziyası da xarici işlər naziri Abbas Əraqçinin Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Jared Kuşnerlə Nyu-Yorkda görüşdüyünü təsdiqləyib. Bildirilib ki, görüş ABŞ rəsmilərinin israrlı tələbi ilə baş tutub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu