Tramp Nyu-York meri Mamdani ilə görüşüb



ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda şəhərin meri Zöhran Mamdani ilə görüşüb.

AFN.az xəbər verir ki, Tramp BMT Baş Assambleyasının toplantılarında iştirak etmək üçün getdiyi Nyu-Yorkda Mamdani ilə Qreysi malikanəsində bir araya gəlib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında tərəflər görüşün yaxşı keçdiyini bildiriblər. Müzakirələrdə əsas diqqət şəhərdə planlaşdırılan yeni yaşayış layihələrinə yönəlib.

Tramp CNN, MS NOW və Politico media qurumlarının Ağ Evə girişinə qoyulan qadağanı müdafiə edib. O, bu qurumların düzgün xəbər yaymaq öhdəliyinin olduğunu bildirib və Ağ Evə girişlə bağlı qərarını ölkənin və milli təhlükəsizliyin maraqları ilə əsaslandırıb.

Tramp həmçinin mediada özü ilə bağlı xəbərlərin əsasən mənfi təqdim edildiyini və administrasiyasının fəaliyyətinə dair müsbət xəbərlərin kifayət qədər işıqlandırılmadığını bildirib.

Digər tərəfdən, Tramp İranla bağlı vəziyyətin ABŞ üçün yaxşı getdiyini deyib. O, İranın nüvə silahına sahib ola bilməyəcəyini bildirib və İranla müharibənin gedişi barədə ABŞ mediasının düzgün məlumat vermədiyini iddia edib.

Mamdani isə Tramp ilə Nyu-Yorkda planlaşdırılan yeni yaşayış layihələri də daxil olmaqla bir sıra məsələləri müzakirə etdiklərini və görüşün yaxşı keçdiyini bildirib.

Nyu-York meri görüşlərdə əsas diqqətin şəhər sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması, yaşayış xərcləri böhranı ilə mübarizə, iqtisadiyyatın inkişaf etdirilməsi və daha güclü Nyu-Yorkun qurulmasına yönəldiyini qeyd edib.

Mamdani Trampın media qurumlarının Ağ Evə girişinə qoyduğu qadağa ilə bağlı suala cavabında isə mətbuat konfransına mövqelərindən asılı olmayaraq bütün media qurumlarının dəvət edildiyini və bunu düzgün hesab etdiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu