Kallas BMT-dəki çıxışında ölkələrin adını səhv saldı
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas BMT-də çıxışı zamanı ölkələrin adını səhv salıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Kallas Ukrayna ilə bağlı Rusiyaya qarşı bəyanatı dəstəkləyən ölkələri sadalayarkən Monako əvəzinə əvvəlcə Mərakeşin adını çəkib.
BMT-nin “YouTube” kanalında yayımlanan brifinqin görüntülərinə əsasən, Kallas səhvini dərhal düzəldərək çıxışını davam etdirib.
