Katz: Tramp Qəzzadan köç planını ləğv etməyib


İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, fələstinlilərin Qəzza zolağından kütləvi şəkildə köçürülməsi planı ABŞ Prezidenti Donald Tramp tərəfindən ləğv edilməyib, sadəcə dondurulub.

AFN.az xəbər verir ki, Katz bunu “Ynet” və “Yedioth Ahronoth” tərəfindən təşkil olunan konfransda deyib.

Onun sözlərinə görə, İsrail Qəzza sakinlərinin dəniz, hava və digər yollarla çıxışını təmin etməyə hazırdır. Katz iddia edib ki, Qəzza sakinlərinin təxminən 80 faizi köçmək istəyir, lakin HƏMAS buna mane olur və onları qəbul etməyə hazır ölkələr yoxdur.

Katz bildirib ki, planın reallaşması üçün ABŞ-ın dəstəyi lazımdır və məsələ hazırda da müzakirə olunur. Onun sözlərinə görə, Tramp planı ləğv etməyib, yalnız həyata keçirilməsini dayandırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu