Ronaldunun karyera gəliri 2 milyard dolları ötüb



Portuqaliyalı futbolçu Kriştiano Ronaldo karyerası ərzində qazandığı gəlir 2 milyard dolları ötən tarixdə ilk idmançı olub. 

AFN.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.

2026/27 mövsümündə 41 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanının Əl-Nəsr klubunun heyətində çıxışına görə 250 milyon avro qazanacaq. O, reklam müqavilələrindən və digər biznes layihələrindən əldə olunan gəlirlər hesabına əlavə olaraq 50 milyon avro alacaq.

Həmçinin bildirilir ki, yaxın vaxtlarda Lionel Messinin də karyerası ərzində qazandığı gəlir 2 milyard dollara yaxınlaşacaq. Bunun cari mövsümdə baş verməsi gözlənilir. Argentinalı futbolçu MLS-də İnter Mayami klubunun heyətində çıxışına görə təxminən 70 milyon dollar, futbol meydanından kənardakı fəaliyyəti sayəsində isə daha 75 milyon dollar qazanır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu