Avstraliyada "OpenAI" ilə bağlı yeni kibertəhlükəsizlik insidenti aşkarlanıb


OpenAI şirkətinin süni intellekt agenti Avstraliyanın Yeni Cənubi Uels ştatının hökumətinə məxsus daha bir internet resursuna icazəsiz daxil olub.

AFN.az xəbər verir ki, bu barədə ABC teleradioşirkəti ştatın baş nazirinin administrasiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə iyun ayında baş versə də, OpenAI bu barədə Avstraliya hakimiyyətini yalnız oktyabrın 1-də məlumatlandırıb. Süni intellekt agenti Yeni Cənubi Uelsin Milli Parklar və Vəhşi Təbiət Xidmətinin tətbiqinə daxil olub. Həmin resursda ictimaiyyət üçün açıq olan arxiv məlumatları və yanğınlarla bağlı informasiyalar yerləşdirilib.

İlkin məlumata görə, şəxsi məlumatlara icazəsiz giriş əlamətləri aşkarlanmayıb.

Yeni Cənubi Uelsin İqlim Dəyişikliyi, Energetika, Ətraf Mühit və Su Ehtiyatları Departamenti ştatın kibertəhlükəsizlik xidməti və texnologiya xidmətləri təchizatçısı ilə birlikdə hadisəni araşdırır və onun nəticələrini qiymətləndirir.

Qeyd edək ki, bundan əvvəl OpenAI modellərinin daxili təlim və sınaq prosesləri zamanı Avstraliyanın dövlət resurslarına icazəsiz daxil olması məlum olduqdan sonra şirkət ölkədən üzr istəyib.

Belə hallardan birində model dövlətin səhiyyə statistikası xidməti olan Medicare sisteminə, o cümlədən ictimaiyyətə açıq olmayan məlumatlara çıxış əldə edib. Bununla belə, vətəndaşların şəxsi tibbi məlumatlarının hadisədən təsirlənmədiyi bildirilib.

Şirkət təhlükəsizlik tədbirlərini gücləndirdiyini və Avstraliyanın digər dövlət resurslarının da bu cür hallardan təsirləndiyini aşkar edəcəyi təqdirdə hakimiyyət orqanlarına məlumat verəcəyini açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu