Türk biznesmen Keniyada həbs olundu




Keniyada türkiyəli biznesmen Osman Erdinç Elsek həbs edilib.



Yanvar ayının sonlarında saxlanılan Elsek 12-17 yaşlı 3 qız uşağına qarşı cinsi istismarda ittiham edilir. Biznesmen həmçinin Türkiyədə fırıldaqçılıq, sənəd saxtakarçılığı, prezidentə təhqirə görə axtarışdadır. Keniya mətbuatında məşhurluğu, siyasətçilərlə əlaqələri ilə bilinən Osman Erdinçin Kilifi qəsəbəsində yerləşən evinə Keniya polisi və Interpol tərəfindən basqın təşkil edilib. Biznesmen ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Elsek məhkəmədə güclü şəxslər tərəfindən hədəf alındığını açıqlayıb. Onun vəkili Kliff Ombeta müvəkkilinin zaminlik qarşılığında azadlığa çıxmaq hüququnun olduğunu bildirib və belə bir haqq tanınmamasını qanun pozuntusu adlandırıb.

Zərərçəkmiş yeniyetmələr uşaqlar evinə göndərilib və onların ifadələri alınıb.

Qeyd edək ki, Osman Erdinç Elsek 1996-cı ildən bəri Afrika ölkələri ilə ticarətlə məşğuldur. Sahibi olduğu "Elsek Group" inşaat, dizayn, təhlükəsizlik, qida, turizm, yaxta kirayəsi ilə məşğuldur. (Qaynarinfo.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu