Xalqxeber.az xəbər portalı 7 yaşını qeyd edir
Xalqxeber.Az xəbər portalının 7 yaşı tamam olur.
2012-ci il mart ayının 5-də fəaliyyətə başlayan portal 7 il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və bu müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.
24 saat onlayn rejimdə fəaliyyət göstərən Xalqxeber.Az-ın rusdilli versiyası da bir aydan sonra oxucuların ixtiyarına veriləcək və inanıram ki, bu istiqamətdə də uğurlu nəticələr qeydə alınacaq.
Portalın baş redaktoru Peyman Sadıqov bildirib ki, informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: "Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən illər ərzində Xalqxeber.Az-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Media məkanında xəbərlərimizdən demək olar ki, hər gün bu və ya digər dərəcədə istifadə olunur. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də dövrün tələbinə uyğun olaraq əyləncəli xəbərlərlə işləyirik. Əməkdaşlarımız Türkiyə, Rusiya mətbuatından maraqlı xəbərlər tərcümə edir. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq".
Saytın əsas hədəflərdən biri insanlarda olan özünüifadə imkanlarını reallaşdırmaq, azad fikirli insanların meydanına çevrilib və onlar maarifçi düşüncələrini işıqlandırmaqdır.
Peyman Sadıqov onu da bildirib ki, qarşıdakı müddətdə Xalqxeber.Az öz fəaliyyətini daha da genişləndirəcək: "Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək".