Polis rəisinin sabiq müavini məhkəmə qarşısında




Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ Rayon Polis İdarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə şahidlərin məhkəmə iclaslarına dəfələrlə çağırılmasına baxmayaraq, gəlmədikləri elan edilib. Bu səbəbdən də hakim şahidlərin məcburi gətirilməsi haqqında qərar çıxarıb. Bildirilib ki, iş üzrə dindirilməmiş 7 şahid qalıb və onların əksəriyyəti təqaüdə çıxmış polis əməkdaşlarıdır. Məhkəmə prosesi aprelin 15-dək təxirə salınıb.

Qeyd edək ki, Ə.Ağaliyev Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham olunur.

Zərərçəkmiş qismində Əli Allahverdiyev tanınıb.

İttihama görə, Əliqulu Ağaliyevin iştirakı ilə Əli Allahverdiyevə işgəncə verilib.

Ə.Ağaliyev barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Hadisə baş verən zaman Ə.Ağaliyev polis polkovniki rütbəsində Qaradağ Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu