Erməni bayrağına görə güneyli millətçiyə işgəncə verilib
Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı yerli erməni icmasının etdiyi təxribatlar soydaşlarımızın etirazı ilə qarşılaşmışdı.
Belə ki, Paşinyan Tehranda ermənilərlə görüşündə qondarma DQR bayrağı qaldırılmış, görüş keçirilən salonun divarına Qarabağın Ermənistana aid olması ilə bağlı şüar yazılmışdı.
Soydaşlarımız Təbrizin “Traktorsazi" klubun oyunları keçirilən stadionda da Paşinyanın səfərinə etiraz etmişdilər. Qeyd edəki ki, etiraz aksiyları zamanı həbs edilən milli fəallar təzyiq və işgəncələrə məruz qalıblar. Onlardan biri Ehsan adlı gənc millətçidir.
Güneyli siyasi fəalların verdiyi məlumata görə, təcridxanada rejim nümayəndələri gənc millətçiyə işgəncə verib.