Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu - VİDEO




Polis Rio de Janeyroda sərnişinlərin olduğu avtobusu ələ keçirən şəxsi zərərsizləşdirib, bütün girovlar sərbəst buraxılıb.

Bu barədə "Globo" portalı hüquq-mühafizə orqanlarının yaydığı bəyanata istinadən xəbər verir.

Yayılan videoda bir şəxsin avtobusdan çıxaraq polislərə tərəf çanta tulladığı anda arxadan vurulduğu görünür.

[media=https://www.youtube.com/watch?v=hpEZkv-0v0s]

* * *

Braziliyanın paytaxtı Rio de Janeyroda silahlı şəxs sərnişin avtobusunu ələ keçirib.

Qaynarinfo xəbər verir ki, girov hadisəsinə görə Rio Niteroy körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb. Özünü polis zabiti kimi təqdim edən cinayətkar əvvəlcə avtobusa yanan cism atıb, daha sonra isə avtobusa daxil olaraq sərnişinləri girov götürüb.

Son məlumata görə, 3 qadın və 2 kişi azad edilib, 17 nəfər isə hələ də girov saxlanılır.

Hadisəni törədənin şəxsiyyəti və motiv barədə hələlik məlumat yoxdur. Əraziyə xüsusi təyinatlılar cəlb edilib, sərnişinlərin azad edilməsi üçün danışıqlar aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu