Falkaodan “Qalatasaray”lıları sevindirən açıqlama
“Qalatasaray” Radamel Falkaonun transferi ilə bağlı danışıqları davam etdirir.
Fanat.Az xəbər verir ki, ötən gün Monakoda keçirilən Çempionlar Liqasının püşkata mərəsimindən öncə İstanbul klubunun vitse-prezidenti Abdurrahim Albayrak və menecer Ahmet Bulut kolumbiyalı futbolçu ilə görüşərək müzakirələr aparıblar.
Falkao görüşdən sonra “Fanatik” qəzetinin müxbiri Mehmet Çağrı Davranın sualına cavab verib. O, jurnalistin “Qalatasaray”a gəlirsən” sualını “Bu iş bitdi” deyərək cavablandırıb və “Qalatasaray” azarkeşlərini sevindirib.
Məlumata görə, klub prezidenti Mustafa Cengiz, vitse-prezident Abdurrahim Albayrak, klubun meneceri Şükrü Hanedar və menecer Ahmet Bulut püşkatamadan sonra Türkiyəyə qayıtmayıb. Onlar bu gün “Monako” rəhbərliyi ilə görüşərək transferi yekunlaşdıracaqlar.