Rusiya XİN: "Paşinyanın Qarabağ bəyanatı..."




Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistan ərazisidir" bəyanatına münaisbət bildirib.

APA-nın Moskva bürosunun verdiyi məlumata görə, Rusiya XİN sözçüsü bu gün keçirdiyi brifinqdə müxtəlif zamanlarda hər iki tərəfdən bu cür bəyanatlar səsləndiyini vurğulayıb.

M. Zaxarova Paşinyanın məlum bəyanatını daxili ritorika adlandırıb: "Hesab edirik ki, daxili ritorika mövcuddur, hansı ki, siyasi hərəkatda özünü əks etdirir. Hesab edirik ki, münaqişə tərəflərinin bəyanatlarına sülh yolu ilə nizamlanma istiqamətində aparılan ümumi səylər məzmununda baxılmalıdır. Təəssülər olsun ki, biz bu cür bəyanatları müxtəlif səviyyələrdə tərəflərdən eşidirik. Çox istərdik ki, daxili siyasi proseslərə anlayış göstərərək, bütün tərəfləri sülh nizamlanması yolunda tezliklə nailiyyət əldə etməyə səy göstərsinlər. Bu çox çətin, uzun çəkən prosesdir. Fikrimcə, bu istiqamətdə daha tez irəliyə getmək üçün ümumi anlayış var. Bəyanatlar da buna uyğun olmalı, əsas məqsədə çatmağa yardım etməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu