Yelkənli İdman Federasiyasının təşkil etdiyi “Federasiya Kuboku 2019”un qalibləri mükafatlandırılıb - FOTOLAR




Yelkənli İdman Federasiyası (SFA) sentyabr ayının 13 – 15-i tarixlərində Federasiya kubokuna start verib. Yarış, Yelkənli İdman Federasiyasının yelkənçiləri, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayırlar İdman Klubu və “Dənizçi” Yelkən İdman klubunun yelkənçiləri arasında keçirilib.



Federasiya kuboku uğrunda keçirilən yarış, Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgianninin baş hakimliyi, Federasiyasının baş məşqçiləri Seyhun Yıldız, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayırlar İdman Klubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə reallaşdırılıb.

Optimist, Laser4.7, Laser Radial, Laser Standart sinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18 nəfəri Optimist sinifi, 5 nəfəri Laser4.7, 3 nəfəri Laser Radial, 4 nəfəri isə Laser Standart sinifi üzrə iştirak edirdi.

Gün ərzində ən azı 3 dəfə açıq dənizə çıxan yelkənçilər Federasiya Kuboku uğrunda gərgin mübarizə aparıblar. Peşəkar idmançıların iştirakı ilə keçirilən yarışda çətin hava şəraitində yüksək bacarıq nümayiş etdirilib. Yelkənçilərin göstərdikləri şücaət, nümayiş etdirdikləri professionallıq məşqçi və hakimlərin rəğbəti ilə qarşılanıb.

Yarışın son günü qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Yarışın nəticələrinə görə, Optimist sinifi üzrə Murad Hacı-Zadə (SFA) 1 ci yer, Ayla Babayeva (SFA) 2 – ci yer, Fidan Ağazadə (SFA) 3 yerin qalibi olub.

Optimist sinifi qızlar arasında keçirilən yarışda Ayla Babayeva (SFA) 1 – ci yer, Fidan Ağazadə (SFA) 2 – ci yer, Kristina Kərimova (SFA) 3 – cü yerin qalibi olub.

Laser4.7 sinifi üzrə yelkənçilər Murad Allahverdi (SFA) 1 – ci yer, İsmayıl Kərimov (SFA) 2 – ci yer, Fərid Cəfərov (Dənizçi) isə 3 – yerin qalibi olub.

Laser Radial sinifi üzrə Cavid Kərimov (SFA) 1 – ci yer, Aslan Məmmədov (Xəzər) 2 – ci yer, Rauf Abdullayev (Xəzər) 3 – yerin qalibi olub.

Laser Standart sinifi üzrə Mixail Protasov (Xəzər) 1 – ci yer, Nikita Vilayev (Dənizçi) 2 – ci yer, Vaqif Qasımov (Xəzər) 3 – cü yerin qalibi olub.

Mükfatalandırılma mərasimində həmçinin yay məktəbində iştirak edərək məşqlər zamanı yüksək nəticə əldə edən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu. Qeyd edək ki, Yelkənli İdman Federasiyasının (SFA) 3 ay ərzində təşkil etdiyi yay məktəbində 16 uşaq iştirak etmişdi. Bunlardan 7 nəfər isə yüksək nəticə göstərə bilmişdi.

Qeyd edək ki, dünya çempionatlarında fotoreportajların hazırlanlamasında yaxından iştirak edən peşəkar fotoqraf Joao Kosta Ferreira Bakıda keçirilən yelkən yarışında qonaq qismində iştirak edib. Bu dəfə cənab Joao Kosta Ferreria Azərtbaycanda keçirilən yelkən yarışından maraqlı, diqqətçəkən fotoreportajlar hazırlayıb.


































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu