Ermənilər Qazax istiqamətində təxribat törətdi




Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.



DSX-nın nətbuat mərkəzindən verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatoru düşmən tərəfindən atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu