Gültəkin Hacıbəylinin saxta profili üzə çıxdı - FOTOFAKT
İctimai-siyasi fəal Ruslan Məmmədzadə Milli Şuranın liderlərindən olan Gültəkin Hacıbəylinin Feysbukda trol səhifəsi işlətdiyini ifşa edib.
AFN musavat.com-a istinadla xəbər verir ki, lap dəqiqi, Gültəkin Hacıbəyli bunu özü edib, sadəcə, R.Məmmədzadə faktı sənədləşdirib.
Hadisə belə baş verib: Politoloq Şahin Cəfərli uyğun mövzuda yazılmış statusların birinə Gültəkin Hacıbəylinin saxta yolla deputat seçildiyini və sərvət topladığını qeyd edib. Buna cavab olaraq Gültəki Hacıbəyli səhvən Türkel Oğuz nikiylə ona cavab verib (yazışmanın skrinşotu əlavə edilir).