Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb




Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 39 nəfər çatıb.



Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 189 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşmüş sayılır. Bildirilir ki, həlak olanların sayı arta bilər.

Məlumata əsasən, ölkədə təxminən 136 min evə suyun verilməsində, 4,3 min evə isə elektrik enerjisinin verilməsində problemlər müşahidə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu