Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTO




18 oktyabr 2019-cu il tarixində azərbaycanlı hakerlərdən ibarət “Anti-armenia Team” qrupu tərəfindən Ermənistan baş nazirinin rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.



Hücum nəticəsində Nikol Paşinyanın rəsmi veb-saytına kənar müdaxilə uğurla nəticələnib, veb-saytın xəbərlər hissəsinə “Qarabağ Azərbaycandır və nida işarəsi!” başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş “Valday 2019″ forumundakı çıxışının video fraqmenti əlavə olunub.

Kiber-hücum əməliyyatı “Ferid23″ və “LozariuS” kod adlı hakerlər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, “Anti-armenia Team” 19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılıb.(azvision.az)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu