"Sevilya" - "Qarabağ" oyununun hakimləri açıqlandı
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq "Sevilya" - "Qarabağ" matçının hakimlərinin adları bəllidi.
Qaynarinfo UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Sevilyada baş tutacaq görüşdə Mohammed Al-Hakim baş hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.
Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda reallaşacaq duel noyabarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.