Corc Qafarov haqda tənqidlər etirazla qarşılandı




Qaraçuxur bələdiyyəsinə keçirilən seçkilərdə 6677 səslə adını qaliblər sırasına yazdıran Corc Qafarovla bağlı sosial şəbəkələrdə maraqlı məlumatlar yayılıb.



AFN xəbər verir ki, aktyor Rza Rzayev "Dolu" filmində uşaq rolunu oynayan Corc Qafarov haqda ürəkağrıdan detalı paylaşıb: "Dostlar, məcbur oldum yazdım. Corc, bağışla məni... "Dolu" filminin çəkilişləri zamanı bir neçə səhnədə hamı ağlamışdı, amma məni daha çox ağladan Corc oldu. Corc da “Dolu” filmində çəkilirdi, uşaq idi. Çəkiliş olmayan günü yaradıcı heyət ilə birlikdə çay içirdik, aktyorlardan biri söhbət əsnasında Corca sual etdi :

"Anan sağdır, gəlir sizi görməyə?" Corc dedi, "hə, yemək də gətirir, bizi yedirdir, amma gedəndən sonra hamısını qaytarıram. Çünki, anam xəstədir, yeməkləri zibillikdən yığıb gətirir. Onun yanında yeyirəm ki, pis olmasın".

Qeyd edək ki, sözügedən filmin çəkilişlərindən sonra Corc müğənni Roza Zərgərli tərəfindən oğulluğa götürülüb. Dünyagörüşü və savadı ilə seçilən C.Qafarovun seçkilərdəki qələbəsi haqda bəzi şəxslər tərəfindən səslənən tənqidi fikirlər ciddi etirazlara səbəb olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu