Sumqayıtda baş həkimin hegemonluğu : kollektiv əlindən “qan” ağlayır




Baş həkim Xədicə Binnətzadə xəstəxanadakı qanunsuzluqları ilə hər kəsə “qan” uddurur.



Bu sözlər GÜNpress.az-a daxil olan şikayət məktubunda qeyd olunub. Məktubda bildirilir ki, Sumqayıt şəhər 2 saylı Doğum Evinin baş həkimi Xədicə Binnətzadə səhiyyə müəssisəsinin kollektivi arasında ciddi narazılıqlar yaradıb. Bildirilir ki, baş həkim işçilərlə yola getmir, onları təhqir edir və sərt münasibət nümayiş etdirir. Vurğulanır ki, xüsusilə də doğum evində çalışan tibb bacıları və sanitarlar onun əlindən qan ağlayır. Şikayət məktubunda həmçinin qeyd olunur ki, baş həkim bununla da kifayətlənməyərək həkimlərin fəaliyyət göstərdiyi otaqları onların əlindən alır, kollektiv arasında ayrı seçkilik yaradır. Bununla yanaşı o, müxtəlif adlarla işçilərdən pul yığır.
Bu azmış ki, baş həkim doğum evində işləyən 68 yaşlı anasının xəstələrə qarşı etdiyi davranış və düzgün aparılmayan müalicələrə göz yumur, Maraqlısı odur ki, əksər səhiyyə müəssisələrində 65 yaşına çatan həkimlər yaş senzinə görə təqaüdə göndərilsə də, xüsusi xidmətləri olmayan Emilya Hüseynova hələ də doğum evində həkim olaraq çalışır. İşçilər tərəfindən baş həkimə etdiyi qanunsuz hərəkətlərlə bağlı etiraz edilsə də, o bu şikayətləri qulaqardına vurur. “Gedin kimə şikayət edirsinizsə edin, mənim arxamda şəhər rəhbərliyi durub” deyə reaksiya verir. Bir sözlə, X. Binnətzadə kollektivdə qeyri-sağlam mühit yaradır.
O da bildirilir ki, yaranan vəziyyətlə bağlı aidiyyatı qurumlar dəfələrlə doğum evinə gələrək X. Binnətzadəyə ciddi xəbərdarlıq ediblər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Xatırladaq ki, X. Binnətzadə 2017-ci ilin mart ayından doğum evinin baş həkimidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu