Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi - FOTOLAR




Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindən olan “Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edib.



Müxtəlif media qurumları və Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının üzvləri üçün Bakı Qida və Yağ Fabrikinə tur təşkil edilib. Qonaqları qarşılayan müəssisənin rəhbəri Şahəddin İbrahimov fabrikin 1997-ci ildən fəaliyyət göstərdiyini və 2014-cü ildə Sumqayıtda yerləşən “Azərsun Sənaye Parkı”na köçürüldüyünü bildirdi. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin iştirak etdiyi istehsal müəssisəsi tam avtomatlaşdırılmış və müasir avadanlıqlarla təmin edilib. İllik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsi Avropanın ən müasir fabriklərindəndir. Bakı Qida və Yağ Fabriki ilə tanışlıq çərçivəsində “Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi Tural Babayev burada keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təyin edildiyini bildirib və İSO sertifikatının tələblərinə cavab verdiyini söyləyib.Rafinasiya sahəsini ziyarət edən qonaqlar burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə və kulinarlara buradakı müasir avadanlıqlar və yaradılmış şəraitlə tanış oldular və onlara gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumat verildi. Daha sonra qonaqlar “Final”, “Zeytun bağları” kimi istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan duru yağların istehsal edildiyi sahə ilə tanış olublar. Jurnalistlərə və kulinarlara “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın keyfiyyətə və texnoloji yeniliklərin tətbiqinə xüsusi həssaslıqla və tələbkarlıqla yanaşdığı bildirilib və bu sahədə də digərlərində olduğu kimi müasir avadanlıqlardan istifadə edildiyi qeyd edilib. “Zeytun bağları” barədə məlumat verilərkən bu yağın Abşeron rayonu ərazisindən toplanılan zeytundan emal edildiyi vurğulanıb. Ziyarət çərçivəsində son illərin ən sevilən markalarından olan kərə ətirli “Möcüzə” spred yağının da istehsal prosesi nümayiş etdirilib. Bakı Qida və Yağ Fabriki ziyarəti çərçivəsində qonaqlara “Bizim Süfrə” mayonezlərinin və ketçuplarının da istehsal prosesi nümayiş etdirilərək bu yerli markaların tərkibinə heç bir qatqı maddəsinin əlavə edilmədiyi bildirilib . Həmçinin burada istehsal olunan ketçupların istehsal edilməsində təbii yerli pomidorlardan istehsal edildiyi qeyd edilib. Bundan əlavə məhsullar azərbaycanlıların ağız dadına uyğunlaşdırılaraq istehsal edilir ki, bu səbəbdən istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Gəzinti çərçivəsində xama dadlı mayonezin istehsalı da böyük qonaqların marağına səbəb oldu.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionların sosial-iqtisadi İnkişafına” dair Dövlət Proqramına bu istehsal müəssisəsində yüzlərlə insan işlə təmin edilib ki, bununla da “Azərsun Holdinq” ölkəmizdə işsizliyin aradan qaldırılması və insanların sosial-rifah halının yüksəldilməsinə öz töhfəsini vermiş olur.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu