Koronavirusla bağl QLOBAL TƏHLÜKƏLİ VƏZİYYƏT elan edildi - VİDEO




"Koronavirusla bağlı vaksin hələ ki, yoxdur, həkimlər onun üzərində işləyir".

AFN xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu barədə "Real İntervyu"da bildirib.

"Koronovurusun təhlükəli olması onunla əvvəl qarşılaşmamağımızdır. İnsandan insana sürətlə yayılırsa, ağır xəsətəlik formasında təzahür edirsə, bu təhlükəlidir. Koronovirus da bu sıraya daxildir. Vaksin yoxdur hələ ki, koronavirusla bağlı. Koronavirus bir ailə kimidir. Bu əvvəl təzahür edənlərədən deyil, yeni növdür. Koronovirus qrip virusunun bir növüdür. Amma əlaməti bənzəyir. Burun axıntısı, qızdırma, öskürək bu virsun əlamətlərindəndir.

İlk dəfə olaraq deyirəm ki, artıq Azərbaycana diaqnostik aparat gətirilib. Bu artıq kömək edəcək ki, qrip virusun koronavirus olduğu dəqiqləşsin. Yəni adi qrip deyil, bunun koronavirus olması artıq bu aparatla müəyyən ediləcək", deyə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Xəstəlikdən qorunmanın yolunu açıqlayan ÜST-ün Azərbaycandakı nümayəndəsi bunları bildirib:

"Məsafəni qorumaq, öskürək. asqıraq zamanı əlinizə dəsmal tutmanız, daha sonra onu atmanız məsləhətdir. Xəstə olan insan maska taxmalıdır. Qələbəlik yerlərdə olmaq olmaz. Tez-tez əli sabunla yumaq, spirtli salfet ilə təmizləmək lazımdır. Təbii qidalardan istifadə etmyiniz məsləhətdir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu