Bakıda 5 iranlı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Bakıda 5 İran vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altında olan İran vətəndaşlarının heç birində halın pisləşməsi müşahidə edilməyib.