“Deyirlər ki, hakimiyyət SMS icazəni müxalifəti izləmək üçün çıxarıb”
“Müxalifətçilər iddia edir ki, hakimiyyət SMS icazə sistemini ona görə çıxarıb ki, bununla onları izləsin”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxış edərkən deyib. O qeyd edib ki, gün ərzində 1 milyondan çox SMS gəlir. Bunların da Milli Şura adlanan dərnəkdə 10-15 üzvü olar, ya yox. Onların da əksəriyyəti özünə hər hansı partiyada yer tapa bilməyənlərdir. Bütün dünyada bu gün bu təcrübədən istifadə edirlər. Onlar bu gün aşağı səviyyədə olmaqla yanaşı iddia edirlər ki, vətəndaşların hüquqları pozulur.
Bu gün Milli Məclisə seçilməyən insanlar fərqli çıxışlar edirlər. Halbuki burada seçiləndə tamamilə başqa şey danışırdılar. Məsələn, Gürcüstanda SMS qaydasını pozanlar 1000 lari cərimə olunur. Amma bu şəxslər iddia edir ki, Gürcüstanda demokratiya çiçək açıb, hətta çiçəyi yığıb-yığışdırmaq mümkün deyil. Ona görə də təklif edirəm ki, xalqı çaşdırmağa xidmət edən, dövlət əleyhinə yönələn informasiyalara görə ciddi ölçülər götürülməlidir”.