Bu gün biz var gücümüzlə dövlətimizə və ordumuza dəstək olmalıyıq - Aqil Acalov




"Hər zaman qürur hissi yaşadan hadisələri gözü götürməyənlər olub və olacaqdır. Bu, həyatın danılmaz reallığıdır".



AFN xəbər verir ki, bunu Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov deyib. O bildirib ki, dünən xalqımız bir daha öz iradəsini, vətənpərvərlik hissinə əsaslanan milli mənəvi birliyimizin gücünü, dövlət və dövlətçiliyə olan bağını bir daha göstərdi: "Ancaq çox təəssüf ki, o möhtəşəm yürüşün arasında belə içimizdə olan xainlər bir daha öz üzlərini göstərdilər. Xalqımızın bu cür həssas dövründə, müharibə şəraitində olduğumuz halda daxili çaxnaşma yaradaraq, provokativ hərəkətlər edərək öz məkrli siyasətlərini həyata keçirmək istədilər. Ancaq həmin anti-milli qüvvələrin və onların havadarlarının nəzərə almadıqları bir şey var - Azərbaycan xalqı öz dövləti və ordusu ilə həmrəydir! Gənclərimiz və bütün xalqımız cənab Ali Baş Komandanın ətrafında istər informasiya, istər silahlı müharibədə sıx birləşib.
Xainlər bilsin ki, biz milli ideologiyanın, milli ruhun bütünləşdirdiyi cəmiyyət olaraq dövlətimizi onlara yedirtmərik! Biz təməli güclü milli birliyə dayanan millətik! Hər birimizin yolu Azərbaycançılıq yolu, dövlətçiliyimizin yolu olmalıdır. Provokasiyalara, təxribatlara uymayın, prezidentimizə və dövlətimizə inanın. Bu gün biz dövlət başçımızın ətrafında daha sıx birləşməli, var gücümüzlə dövlətimizə və ordumuza böyük inam hissi ilə dəstək olmalıyıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu