Koçaryan Ermənistanı məhkəməyə verdi




Ermənistanın ikinci prezidenti Robert Koçaryan Maliyyə Nazirliyi timsalında respublikanı məhkəməyə verib.



Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Koçaryan qeyri-maddi ziyana görə kompensasiya olaraq iki milyon dram (4 min dollardan çox) tələb edir. İddia avqustun 19-da hakim Armenui Badiryana göndərilib.

Koçaryanın vəkili Ayk Alumyan iddia ərizəsinin səbəbinin, hakim Anna Danibekyanın martın 10-da keçirilən iclasda ikinci prezidentin icazəsi olmadan gizli olan məlumatları açıqlaması olduğunu söyləyib.

"Medianın iştirakı ilə tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxudu və bunlar qanunla qorunan şəxsi məlumatlardır", - deyə vəkil əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu