Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Yaşar Əhmədovla görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Prezidentin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüş Yaşar Mirağa oğlu Əhmədovla görüşüb. Ordumuzun işğalçı düşmən üzərində parlaq qələbəsi və yüksək fəxri ad alması münasibəti ilə hərbçimizə Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edən Q.Paşayeva, ona yeni uğurlar arzulayıb: “Əziz qazimiz! Siz və silahdaşlarınız Azərbaycan hərb tarixinin qızıl səhifəsinə düşəcək Zəfərin qazanılmasında fədakarlıqla iştirak edib, sizdən sonra gələcək yeni hərbçi nəsillərimiz üçün unudlumaz örnəklər yaratdız.



Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran siz fədakar qazilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz. Sizlər əcdadımızdan gələn hərbi ənənələri texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın formalaşdırmağa çalışdığı saxta mifləri 44 gün içində darmadağın etdiniz.
Sizlərin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, digər şəhər və rayonlarımızda tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.
Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgər və zabitlərimizi bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm! Qəhrəman adınız mübarək olsun”!
Vətən Müharibəsi Qəhrəmanı Yaşar Əhmədov səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu