Müşahidə nöqtələri Qarabağa çox yaxın yerlərdə olacaq - Türkiyə XİN


Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq.



Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq monitorinq mərkəzi Ağdamda yerləşəcək: "Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu