İlham Əliyev: "Biz Paşinyanın deyil, Köçəryan ilə Sarqsyanın ordusunu məhv etdik"
“Ermənistanın daxili siyasi vəziyyətinə qarışmaq məqsədi güdmədən demək istəyərdim ki, darmadağın edilən ordu Paşinyanın deyil, Köçəryan və Sarqsyanın 20 il ərzində yaratdığı ordudur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.
“Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını Paşinyanın ordusu dağıtmayıb. O, elə bir tapşırıq vermirdi. Birincisi, dağıtmağa artıq heç nə yox idi. Bunların hamısını Köçəryan və Sarqsyan rejimi törədib. Bu adamlar 20 il bizim iclaslarda iştirak edirdilər. Bu adamlar illər boyu mənimlə danışıqlar aparırdı. Biz bilirdik ki, bunların əli azərbaycanlıların qanına batıb. Biz o ərazilərə gələndə onların törətdikləri faciənin bütünlüklə gördük. Bu səbəbdən vəziyyəti öz siyasi məqsədləri üçün istifadə edərək Paşinyana hücum edənlər başa düşməlidir ki, bu onun ordusu deyil, o ordunu yaratmağı çatdırmazdı. Bəli, o lazım olanı etməyib, ancaq 20 il bu ordunu Köçəryan ilə Sarqsyan qururdu. Biz onların ordusunu darmadağın etdik”.