Ukraynada yeni formatda Azərbaycan diaspor təşkilatı yaradılıb


Ukraynada yeni formatda və yeni konsepsiyada Azərbaycan diaspor təşkilatı yaradılaraq yerli orqanlarda qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, dünyada ilk dəfə olaraq bu formatda yaradılan "Analitika və İnformasiya platforması" adlı təşkilatın sədri uzun illərdir bu ölkədə yaşamış, Ukrayna vətəndaşı, hüquqşünas, politoloq Qulu İbrahimovdur.

Təşkilatın məramı yerli qurumlar, təşkilatlar və Ukraynada olan beynəlxalq təşkilatların nümayəndəlikləri ilə aktual əhəmiyyət kəsb edən mövzular üzrə analitik layihələri həyata keçirmək, o cümlədən bölgədə informasiya mübadiləsində strateji mərkəzə çevrilməkdir.

Təşkilat artıq ölkədə yaşayan müxtəlif etnik xalqların təşkilatları ilə yeni layihələr üzrə müzakirlərə başlayıb. Xüsusilə, Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsinin ardınca Şərqi Avropada informasiya axınında layhələrə start verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu