III “Raquf Orucov Kuboku” beynəlxalq turnirində 7 xarici klub iştirak edəcək

Xəbərin çap versiyası
Tarix: 12-04-2019, 13:52    |    Xəbər oxunub: 527 dəfə
III “Raquf Orucov Kuboku” beynəlxalq turnirində 7 xarici klub iştirak edəcək


Bu il üçüncü dəfə keçiriləcək “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") beynəlxalq cüdo turnirində 16 yerli və xarici klub komandası iştirak edəcək. Turnirin Təşkilat Komitəsinin xarici ölkə təmsilçilərinə göndərdiyi dəvətlərə cavab gəlməkdədir. Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klub komandaları yarışlarda iştirak edəcəklərini artıq təsdiqləyiblər. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edəcəklər.

AFN xəbər verir ki, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə ehtiram əlaməti olaraq təşkil etdiyi ənənəvi beynəlxalq turnir bu il aprelin 16-17-də Bakı İdman Sarayında keçriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları birincilik uğrunda yarışacaqlar.

Əsas məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirmək olan beynəlxalq turnir artıq ölkəmizin idman həyatına möhkəm daxil olub. Əvvəlki iki ildəki kimi, bu il də turnirə geniş ictimai maraq var. Turnirin açılış və mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir.

Azərbaycan Ordusunun 2016-cı il Aprel zəfəri müasir hər tariximizin şanlı səhifəsidir. Bu zəfər nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində indi üçrəngli bayrağımız dalğalanır. Öz rəşadətləri ilə gənclərimizə örnək olan Raquf Orucovun və digər şəhidlərin xatirəsi isə xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.

Onu da qeyd edək ki, ənənəvi beynəlxalq turnir ərəfəsində “Judo Club 2012” özünün rəsmi internet səhifəsini (www.judoclub2012.az) istifadəçilərə təqdim edib. İdmansevərlər buradan klubun fəaliyyətinə dair hərtərəfli məlumatlar əldə edə bilərlər. Səhifədə zəngin foto-video arxiv, o cümlədən 2017 və 2018-ci illərdə keçirilmiş “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirlərindən, klubun idmançılarının və veteran-ustaların iştirak etdikləri mötəbər yarışlardan, ötən il il Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının qalibi olan Yaponiya yığma komandasının “Judo Club 2012” əməkdaşlıq əlaqələrindən bəhs edən videomateriallar yerləşdirilib.

Klub özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan idmanının inkişafına öz layiqli töhfəsini verməyə çalışır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb-

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb- ekspert

"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Hüseyn Abdullayev məhkəmədə ağladı-

Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Bakıda müəllim şagirdi vuraraq hədələdi:

Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib-

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib- VİDEO+FOTOLAR

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur